0
Tuesday 12 March 2019 - 14:55

İsrail rejimi işğal altındakı Şərqi Qüdsdə 23 min yeni mənzil inşa edəcək

Story Code : 782871
İsrail rejimi işğal altındakı Şərqi Qüdsdə 23 min yeni mənzil inşa edəcək
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Netanyahu sosial şəbəkədəki profilindən verdiyi açıqlamasında, belə qeyd edib: “Qüdsdə 1 milyard şekelə (təxminən 276 milyon dollar) 23 min yeni mənzil inşa edilməsi çərçivəsində bir müqavilə imzaladıq”.
 
Netanyahu açıqlamasında, Qüdsün bir yaşayış məntəqəsi yox, əbədi İsrail rejiminin paytaxtı və əbədi mövcudluqlarının 3 min illik bir hissəsi olduğunu iddia edib.
 
İsrail rejiminin Kanal 7 televiziyası sözügedən müqavilənin Netanyahunun iştirakı ilə Maliyyə Nazirliyi, İsrail rejimi Torpaqları İdarəsi və Qüds Bələdiyyəsi arasında imzalandığını bildirib.
 
Müqaviləyə əsasən, qədim və yeni Qüdsə aid məhəllələr inkişaf etdiriləcək, infrastruktur sərmayələri və iş yerinə çevirmək üçün geniş sahələr ayrılacaq.
 
Source : Deyerler
Comment