QR CodeQR Code

Evo Morales: “Venesuela xalqı öz şərəfini qoruyacaq”

Deyerler , 16 Mar 2019 12:34

İslamtimes - Boliviyanın prezidenti Evo Morales Venesuela xalqının öz şərəfini qoruyacağını bildirib.



Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, Morales iki günlük səfər üçün Yunanıstanın paytaxtı Afinaya gəlib və baş naziri Aleksis Çiprasla görüşüb. Görüşdən sonra Morales və Çipras birgə mətbuat konfransı keçiriblər.
 
İqtisadi azadlıq olmadan ictimai və fərdi azadlığın da olmayacağını qeyd edən Morales, özəlləşdirilən şirkətləri milliləşdirdiyini, həyata keçirdiyi iqtisadi siyasətin müsbət nəticələr verdiyini söyləyib.
 
Morales neftin qiymətinin aşağı düşməsinin Cənubi Amerika iqtisadiyyatlarına ciddi dərəcədə təsir etdiyini vurğulayaraq, belə danışıb: “Buna baxmayaraq milli suverenlik olmadan, sülh və ictimai vəhdət də ola bilməz”.
 
Venesueladakı siyasi proseslərə toxunan Morales, belə danışıb: “Hazırda hərbi müdaxilə kimi bir ehtimala məna verə bilmirəm. Ancaq Venesuela xalqı şərəfini qoruyacaqdır”.
 


Story Code: 783638

News Link :
https://www.islamtimes.org/az/news/783638/evo-morales-venesuela-xalqı-öz-şərəfini-qoruyacaq

Islam Times
  https://www.islamtimes.org