QR CodeQR Code

Mayk Pompeo: “Əsgələrimizin Əfqanıstanda cinayətlərinin araşdırılmasına icazə verməyəcəyik”

Deyerler , 16 Mar 2019 12:37

İslamtimes - ABŞ-ın Əfqanıstanda və ya başqa bir yerdə Amerika əsgərləri haqqındakı sui-istifadə iddialarını araşdırmağa, yaxud bu məsələdə icraat başlatmağa təşəbbüs edən Haaqa Beynəlxalq Məhkəməsinin heyətinə viza verməyəcəyi və ya bu personalın vizalarını ləğv edəcəyi bildirilib.



Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo, mövzu ilə əlaqədar verdiyi açıqlamasında, ABŞ-ın Beynəlxalq Məhkəmənin bəzi üzvlərinə qarşı hazırda hərəkətə keçdiyini bildirib: “Amerika əsgərlərini və hərbi personalını, böyük millətlərini müdafiə fəaliyyətləri səbəbilə ədalətli olmayan şəkildə məhkəmə istintaqı qorxusu ilə yaşamaqdan qorumağa qərarlıyıq”.
 
Pompeo Amerika hərbi personalının hər hansı bir səhvinin ABŞ ordusunun içində və ölkədəki məhkəmələrdə baxıla biləcəyini qeyd edib.
 
Pompeo Beynəlxalq Məhkəmənin İsrail rejiminin sionistləri daxil olmaqla müttəfiq heyətinin razılığından kənar istintaq aparmaq səylərinə mane olmaq məqsədilə də viza məhdudlaşdırmalarına müraciət edəcəklərini qeyd edib: “Beynəlxalq Məhkəmənin Əfqanıstandakı vəziyyətlə əlaqədar ABŞ heyətinin istintaqa cəlb olunmasına görə cavabdehsinizsə, hələ də viza ala biləcəyinizi və ya ABŞ-a daxil olmağa icazə veriləcəyinizi düşünürsünüz. Beynəlxalq Məhkəmə istiqamətini dəyişməzsə, iqtisadi sanksiyalar daxil olmaqla əlavə addımlar atmağa hazırıq”.
 


Story Code: 783640

News Link :
https://www.islamtimes.org/az/news/783640/mayk-pompeo-əsgələrimizin-əfqanıstanda-cinayətlərinin-araşdırılmasına-icazə-verməyəcəyik

Islam Times
  https://www.islamtimes.org