0
Saturday 16 March 2019 - 19:09

İsrailin Qəzzədən iki raketə əks-hücumunda cəmi 4 nəfər yaralanıb!!

Story Code : 783684
İsrailin Qəzzədən iki raketə əks-hücumunda cəmi 4 nəfər yaralanıb!!
Livanın Əl-Əxbar qəzeti Qəzzə ərazisindən Tel-Əvivə iki raket atılması hadisəsini araşdırıb. Raketlər sionist rejimin Dəmir Gümbəz adlı RƏM sistemlərini asanlıqla keçərək Tel-Əvivin mərkəzini vurub. Raket atılan zaman Qəzzənin müqavimət təşkilatları Misirdən gəlmiş nümayəndə heyəti ilə müzakirədə olub və raket hücumundan xəbərsiz olduğunu bildirir. İsrail iki raketə onlarla hava hücumu ilə cavab verib. Amma hücumlar hədəfsiz olub və cəmi 4 nəfər yaralanıb. Hələ ki kimin tərəfindən atıldığı bilinməyən iki raket sübut etdi ki, Dəmir Gümbəz raketlərin qarşısını almaqda acisdir və İsrail paytaxtı Qəzzə raketlərinin birbaşa hədəfindədir.
 
Source : IslamTimes