0
Wednesday 20 March 2019 - 20:04

Rahibin Həzrət Əbutalibə (ə) müjdəsi

Story Code : 784338
Rahibin Həzrət Əbutalibə (ə) müjdəsi
Həzrət Əbutalibin zamanında bir rahib yaşayırdı. Bu kişi ibadətdə çox məşhur idi və Allaha 109 il ibadət etmişdi. Ancaq heç bir zaman Allahdan hacət istəməmişdi.
 
Bir gün Allahdan istəyir və deyir: “Allahım! Övliyalarından biri mənə göstər”. Allah Əbutalibi onun yanına göndərir və gözü Əbutalibə dəyən kimi, yerindən qalxır. Başından öpür və onu qarşısında əyləşdirir. Deyir: “Allah sənə rəhmət etsin, sən kimsən?”.
 
Həzrət Əbutalib (ə) buyurur: “Təhamə məntəqəsindən olan biri”.
Soruşur: “Əbdmənafın hansı tayfasından?”.
Buyurur: “Bəni-Haşim”.
 
Rahib bir daha ayağa qalxır və Əbutalibin başından öpür. Deyir: “Allaha şükür olsun ki, istəyimi mənə əta etdi. Məni öldürməmiş, vəlisini mənə göstərdi. Sənə müjdə olsun. Allah sənin müjdəni mənə ilham etmişdir”.
Əbutalib soruşur: “O müjdə nədir?”.
Rahib deyir: “Sənin belindən bir övlad dünyaya gələcəkdir ki, Allahın vəlisidir. O, Allahın vəlisi, İmam və Rəbbil-aləmininin Rəsulunun vəsisidir.
Əgər o övladı görsən, məndən ona salam de və ona de: “Məsrəm sənə salam deyir və şəhadət verir ki, Allahdan başqa tanrı yoxdur. Yeganədir, şəriki yoxdur. Muhəmməd (s) – Allahın bəndəsi və göndərdiyidir. Sən – onun canişinisən. Nubuvvət Muhəmməd (ə), vəsilik isə səninlə kamil olacaqdır”.
 
Bu zaman Əbu Talib ağlayır və soruşur: “Bu uşağın adı nədir?”,
Rahib deyir: “Adı Əlidir””. (Tebyan)
 
 
Source : Deyerler
Tagged
Əbutalib
Comment