0
Wednesday 27 March 2019 - 07:23

Suriya Qolanla bağlı BMT TŞ-yə müraciət etdi

Story Code : 785358
Suriya Qolanla bağlı BMT TŞ-yə müraciət etdi
ABŞ Suriyanın işğal olunmuş Qolan Yüksəkliyini İsrail ərazisi kimi tanıyandan bir gün sonra rəsmi Dəməşq BMT TŞ-yə müraciət edib. Suriya hökuməti problemin TŞ-də araşdırılmasını tələb edir. Tramp Qolanı İsrail ərazisi elan edəndən sonra dünyanın əksər ölkələri, o cümlədən BMT və Aİ buna etirazını bildirib. BMT TŞ-nin 1981-ci ildəki 497-ci saylı qətnaməsi İsrailin Qolanla bağlı iddialarını rədd edir. İsrail bu ərazini 1967-ci ildə işğal edib.
 
Source : IslamTimes
Tagged
qolan