QR CodeQR Code

Suriya xalqı Trampın Qolan qərarına qarşı etirazlarını davam etdirir

Deyerler , 2 Apr 2019 16:49

İslamtimes - Suriya xalqı ölkənin müxtəlif bölgələrində Trampın Qolan ilə bağlı beynəlxalq qanunlara zidd olan qərarını pisləyən etirazlarını davam etdirir



Deyerler.org SANA-ya istinadən xəbər verir ki, Kunaytranın fərqli qəsəbə və kəndləri, Hasəkə vilayətinin Qamışlı şəhəri, Süveyda şəhəri, Dəməşqin ətrafındakı Deyr Atiyə şəhəri və digər rayonlarda xalq kütlələri ABŞ-ın prezidenti Trampın Qolan ilə bağlı qərarına etiraz etməyə davam edir. Xalq kütlələri etiraz aksiyalarında Trampın bu qərarını qəbul etməyəcəklərini və Qolanın Suriya torpaqları olaraq qalacağını bildiriblər.
 
Suriya xalqı beynəlxalq cəmiyyətin də bu məsələdə sükut etməsini tənqid edən şüarlar səsləndirib.
 
Suriyalılar vətənin hər qarış torpağını qətiyyətlə müdafiə etmək qərarında olduğunu vurğulayaraq, işğal və təzyiqlərə məruz qalan Qolandakı soydaşları ilə həmrəy olduqlarını bildirib.
 


Story Code: 786508

News Link :
https://www.islamtimes.org/az/news/786508/suriya-xalqı-trampın-qolan-qərarına-qarşı-etirazlarını-davam-etdirir

Islam Times
  https://www.islamtimes.org