0
Tuesday 2 April 2019 - 16:53

MAQATE İranın nüvə müqaviləsinə sadiqliyini bir daha təsdiqlədi

Story Code : 786509
MAQATE İranın nüvə müqaviləsinə sadiqliyini bir daha təsdiqlədi
MAQATE İranın nüvə müqaviləsinə sadiqliyini bir daha təsdiqlədi

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, MAQATE-nin sədri Yukiya Amanonun bir neçə gün əvvəl İranın öhdəliklərinə bağlılığına dair sözlərindən sonra, agentlik İran ilə bağlı 3 aylıq hesabatında İranın nüvə müqaviləsindəki öhdəliklərinə sadiq olduğunu təsdiq edib.
 
Hesabatda MAQATE-nin İrandakı bütün nüvə obyektlərinə daxil ola bildiyi qeyd olunub.
 
Amano martın 4-ü verdiyi açıqlamasında belə qeyd etmişdi: “Bəzi ölkələr İranın nüvə müqaviləsi çərçivəsindəki fəaliyyətini zəiflətməyə çalışırlar, amma biz İranın öhdəliklərinə sadiq olduğunu təsdiq edirik”.
 
Xatırladaq ki, ABŞ-ın prezidenti Tramp keçən il may ayında Hərtərəfli Birgə Fəaliyyət Planından (JCPOA) çıxaraq, İrana qarşı embarqoları 3 və 6 aylıq vaxtlarda yenidən tətbiq edəcəyini bildirmişdi.
 
Source : Deyerler
Tagged
Iran nüvə
Comment