0
Tuesday 2 April 2019 - 16:57

ABŞ Suriyaya silah və hərbi texnika ilə dolu 100-ə yaxın TIR göndərdi

Story Code : 786510
ABŞ Suriyaya silah və hərbi texnika ilə dolu 100-ə yaxın TIR göndərdi
ABŞ Suriyaya silah və hərbi texnika ilə dolu 100-ə yaxın TIR göndərdi

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, yerli mənbələrdən əldə olunan məlumata görə, gecə saatlarında 100-ə yaxın TIR Simelka sərhəd qapısından Suriyaya daxil olub.
 
Qapalı konteynertlər daşınan TIR-larda Hummer markalı maşınlar və tankerlər olub.
 
Mənbələr seyflərin içində silah olub olmadığından əmin olmadıqlarını, ancaq sursat ola biləcəklərini qeyd ediblər.
 
ABŞ fevralın əvvəlində və sonunda olmaqla iki dəfə, təxminən 300 TIR-la İraq sərhədindən YPG/PKK-nın işğalındakı əraziyə yük göndərmişdi.
 
Xatırladaq ki, ABŞ-ın prezidenti Donald Tramp 19 və 20 dekabr 2018-ci ildəki mesajlarında, Suriyada olmalarının yeganə səbəbi olan İŞİD-lə mübarizəni başa vurduqlarını elan etmişdi. İŞİD-lə mübarizənin başa çatmasından sonra YPG/PKK-dan silahları toplayacağına söz verən Vaşinqton rəhbərliyi, sonrakı günlərdə isə sözlərini “yavaş və etibarlı çəkilmə” ilə dəyişdi.
 
Source : Deyerler
Tagged
Suriya abş
Comment