0
Tuesday 2 April 2019 - 17:30

AKP-dən şok: Seçki hələ bitməyib – CHP narahatdır

Story Code : 786518
AKP-dən şok: Seçki hələ bitməyib – CHP narahatdır

Axar.az xəbər verir ki, AKP-nin İstanbul mahal sədri Bayram Şənocaq səslərin səhv qeyd edilməsinə dair sənədlərlə çıxış edib.
 
Göstərilən protokollardan məlum olur ki, İstanbulun Bağcılar bölgəsində Sancaqtəpə məhəlləsindəki 1212 nömrəli sandıqda Binəli Yıldırımın 131 səs toplamasına baxmayaraq, rəsmi qeydlərdə 1 səs göstərilib. Yıldırımın topladığı 130 səs seçki sənədlərinə yazılmayıb. Sultanbəylinin Adil məhəlləsindəki 2004 nömrəli sandıqda isə 201 səs toplayan Binəli Yıldırımın rəsmi sənədlərdə cəmi 1 səs topladığı qeyd edilib.
 
Bayram Şənocaq bundan əlavə bir çox seçki məntəqələrində AKP namizədinin səslərinin yanlış hesablanması, CHP namizədinin səslərinin artırılmasına dair nümunələr çəkib.
 
AKP-nin Ankara mahal sədri Hakan Xan Özcan isə seçki prosesinin hələ bitmədiyini, səslər nəticələrdə düzgün şəkildə əks olunana qədər məsələni diqqətdə saxlayacaqlarını açıqlayıb.
 
31 mart seçkilərində Ankaranın 25 rayonunda 12 min 180 sandıqda 3 milyon 362 min 639 vətəndaşın səs verdiyini bildirən Özcan 108 min 680 səsin hansı əsasla etibarsız sayıldığının bəlli olmadığını və məlumatların nəticələrlə bağlı sənədlərə yanlış qeyd edildiyini vurğulayıb. Hakan Xan Özcan da AKP-nin İstanbul mahal sədri Bayram Şənocaq kimi seçki dairələrində qeydə alınan pozuntularla bağlı bir çox fakt açıqlayıb.
 
“12 min 180 sandığın böyük bir hissə ilə bağlı etiraz edəcəyik. Bizə görə seçki hələlik yekunlaşmayıb. Millətimizin qərarının başımızın üstündə yeri var. Biz haqq və ədalətin bərpa olmasını istəyirik. Nə kiminsə haqqını yeyər, nə də öz haqqımızı yedirdərik”, - Özcan deyib.
 
Xatırladaq ki, Türkiyənin Yüksək Seçki Qurumunun sədri Sadi Güvən seçki nəticələrinə etiraz üçün vaxtın bu gün saat 15:00-da başa çatacağını açıqlayıb. Seçki məntəqələrinə etirazlara baxılması üçün 2 gün vaxt verilir.
 
***
 
AKP-nin İstanbul mahal sədri Bayram Şənocaq saat 15:00-a qədər 39 seçki qurumu ilə bağlı etirazların ASQ-na təqdim edildiyini açıqlayıb:
 
“Müəyyən hiylələr və qanunsuzluqlar müəyyən etdik. Binəli Yıldırımın səsi 153 olduğu halda rəsmi sənədə 127 qeyd edilib. Bu ana qədər 2675 belə səs aşkarlamışıq. Bu səslər YSQ məlumatlarında 0 olaraq göstərilib. Bu işi hansı məmurlar nəyə görə edirsə, hüquqi cəhətdən nə lazımdırsa, yaxından izləyəcək və tətbiq edəcəyik.
 
CHP-nin namizədi etibarsız səslərin yenidən sayılmasına görə narahatlığını ifadə etmişdir. Bu reaksiyanı verməsi olduqca anlaşılandır. Etibarsız səslərin seçki nəticəsinə birbaşa təsiri vətəndaşın azad iradəsinin sandıqlarda əks olunmasına xələl gətirmişdir”.
 
Source : Deyerler
Comment