0
Tuesday 2 April 2019 - 20:55

İşğalçı İsrailin 2019-cu ildə öldürdüyü insanların sayı açıqlanıb

Story Code : 786546
İşğalçı İsrailin 2019-cu ildə öldürdüyü insanların sayı açıqlanıb
Maide.Az "Felestin.info"a istinadən xəbər verir ki, bu barədə Fələstinli Ailələrin Milli İcması bazar günü açıqladığı hesabatda məlumat verib.
 
İcmanın baş katibi Məhəmməd Subeyhətin sözlərinə görə, birinci rübün hesabatına əsasən şəhidlərin 24-ü Fələstinin cənub əyalətlərindən, 17-si isə şimal bölgələrindəndir.
 
Baş katib bildirib ki, işğalçı rejimin qurbanı olmuş insanlardan ikisi qadındır, 12 nəfər isə yaşı 18-ə çatmamış şəxslərdir.
 
Qəzzanın Cəbəliyyə qaçqın düşərgəsindən olan 13 yaşlı Mücahid Əbu Əmşa isə ən azyaşlı şəhiddir. Ölənlərin ən yaşlısı isə Qəzzanın əl-Şati qaçqın düşərgəsindən olan 51 yaşlı Faris Baruddur. O, fevralın 6-da İsrail zindanında tibbi baxımsızlıq ucbatından dünyasını dəyişib.
Source : Maide
Comment