QR CodeQR Code

İRAN VƏ ABŞ DİALOQU MAQATE-ni GÜCLƏNDİRƏCƏK

www.deyerler.org , 17 Feb 2009 13:43

MAQATE rəhbərliyinə namizəd olan Yaponiyalı diplomat İran və ABŞ münasibətləri haqda açıqlama vermişdir!


MAQATE rəhbərliyinə namizəd olan Yaponiyalı diplomat verdiyi açıqlamada, İrana kimi önəmli ölkəyə qarşı hörmətlə yanaşılmağın vacibliyini bildirmişdir. İran ilə ABŞ arasındakı dialoqun MAQATE-ni gücləndirəcəyini qeyd edən yapon diplomatı Yukia Amano müzakirələrin başlnamasına ehtiyac duyulduğunu bildirmişdir, - Yaxın Şərq informasiya agentlikləri xəbər verir.

Amano Corc Buşun illərlə səriştəsiz davam edən siyasətindən sonra Obamanın İran ilə nüvə məsələsində müzakirələrə hazır olduğunu bildirməsindən çox məmnun qaldıqlarını qeyd etmişdir. O, indiyənə qədər müzakirələr mövzusunda normal bir zəmin yaranmadığını qeyd edərək, konkret olaraq dialoqun yolunu açmalıyıq deyə bildirmişdir.


Story Code: 787

News Link :
https://www.islamtimes.org/az/news/787/iran-və-abş-dialoqu-maqate-ni-gücləndirəcək

Islam Times
  https://www.islamtimes.org