0
Saturday 6 April 2019 - 09:22

Liviyada hərbi çevriliş başlayıb

Story Code : 787116
Liviyada hərbi çevriliş başlayıb

Bu barədə marşala yaxn mənbələr məlumat verib. Bildirilib ki, xəlifə Həftar Tripoliyə hücum əmri verib. Hərbçilər qarşısında şəhəri 48 saat ərzində işğal etmək tapşırığı qoyulub.
 
Hava limanı ətrafında döyüş getdiyi bildirilir. Tripoli hava limanı paytaxtdan 34 km məsafədə yerləşir.
 
Ordunun rəsmi nümayəndəsi Əhməd əl Mismari cümə günü xəbər verib ki, qoşunlar bir neçə istiqamət üzrə Tripoliyə hücum etsə də, hələlik şəhəri ələ keçirə bilməyiblər. Bir gün öncə Xəlifə Həftar öz qüvvələrinə paytaxta girmək və terrorçulardan azad etmək əmri vermişdi.
 
Liviya Milli Ordusu Qəryna və Surman şəhərlərini ələ keçiriblər.
 
Qeyd edək ki, Qəddafinin süqutundan sonra ölkədə böhran davam edir. Ölkənin cənub hissəsinə Xəlifə Həftar, şimal hissəsinə isə hökumət qüvvələri nəzarət edir.
 
Ərəb dünyasının dəstəklədiyi X.Həftar BMT-nin xətti ilə yaradılmış milli birlik hökumətini zor gücünə buraxmağı planlaşdırır. Bu hərbi kampaniyanı feldmarşal “Tripolinin azadlığı uğrunda əməliyyat” adlandırıb. Bu əməliyyat Müəmmar Qəddafının 2011-ci ildə öldürülməsindən bəri davam edən hakimiyyət uğrunda çəkişmələri daha da kəskinləşdirib.
 
Paytaxtı mühasirəyə almağa çalışan Həftarın qoşunları cənub və qərb istiqamətdən yaxınlaşır. Birləşmələrin artıq Tripolidən 80 kilometr cənubda yerləşən Qaryna şəhərini tutduğu bildirilir. Gecə saatlarında istirahət üçün qoşunlar əsas hədəfdən 60 kilometr aralıda olan ərazidə düşərgə salıblar.
 
Tripolidə isə qanuni hökumətin müdafiəsi üçün özünümüdafiə qüvvələri toplanır./Oxu.az/
 
Source : Oxu,az
Tagged
liviya
Comment