QR CodeQR Code

Həftərin sözçüsü: Ərdoğan Tripoliyə terrorçu ötürür

IslamTimes , 14 Apr 2019 18:17

İslamTimes: Liviyada rejionun iki bloku kəllə-kəlləyə gəlib


Özünü Milli Liviya Ordusu adlandıran Xəlifə Həftərin sözçüsü Əhməd Əl-Mismari Türkiyə prezidentini Liviyaya terrorçu ötürməkdə ittiham edib. Sözçü iddia edib ki, Ərdoğan Suriyadakı terrorçu müttəfiqlərini səfərbər edib Livayaya göndərir. Əl-Mismari Türkiyə ilə yanaşı Maltanın da adını çəkib. O deyib ki, hazırda Türkiyədən Livayının Misrata şəhərinə birbaşa uşuşlar var və Türkiyə ölkəyə silah-sursat göndərir. Əl-Mismari artıq Keçid Dövləti qüvvələrinin məğlub olduğunu, əksər ərazilərinin ordunun nəzarətinə keçdiyini bildirib. Təbii ki, bütün bu bəyanatlar təbliğat xarakterlidir və Həftərin milli mənafelərdən çıxış etdiyi birmənalı qarşılanmır.
 


Story Code: 788606

News Link :
https://www.islamtimes.org/az/news/788606/həftərin-sözçüsü-ərdoğan-tripoliyə-terrorçu-ötürür

Islam Times
  https://www.islamtimes.org