0
Wednesday 15 June 2011 - 07:28

ABŞ Belarusa qarşı sanksiyaların müddətini bir il də uzadıb

Story Code : 78907
ABŞ - Belarus
ABŞ - Belarus
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Sanksiyalar 2006-cı il iyunun 16-da ABŞ prezidenti Сorc Buş tərəfindən tətbiq edilib. Bu sanksiyalar əsasında Belarus prezident Lukaşenko və hökumətin digər 9 nümayəndəsinin xarici banklarda hesabları və xaricdə mülkiyyət hüququ dondurulub. Bunların arasında Belarus DTK-sının başçısı Stepan Suxarenko, dövlət teleradio şirkətinin sədri Aleksandr Zimovskiy, daxili işlər naziri Vladimir Naumov və sair var.
Sanksiyaların uzadılmasına səbəb olaraq prezident Barak Obama Lukaşenkonun 2010 ikin dekabr ayında müxalifət tərəfdarlarının keçirdiyi kütləvi aksiyalara qarşı sərt tədbirlər görülməsi ilə bağlı olduğunu bildirib.
Comment