QR CodeQR Code

Paris çirkin nikahları rədd etdi

15 Jun 2011 08:09

IslamTimes - Fransa parlamenti eyni cinsdən olanların nikahlarını leqallaşdırmadı


Milli.Az xəbər portalı "Tele+"a istinadən bildirir ki, Fransa Milli Məclisi (ölkə parlamentinin aşağı palatası) eyni cinsdən olan vətəndaşların nikahlarını qanuniləşdirməyi nəzərdə tutan qanun layihəsini qəbul etməyib.

Qanun layihəsini hazırlamış sosialist deputat Patrik Bloş parlament çoxluğuna "cəsarətlənməyi və sosialistlərlə birlikdə Fransanı hüquqi bərabərliyin yeni səviyyəsinə çıxarmağı" təklif etmişdi.
Səsvermə zamanı qanun layihəsinin lehinə 222, əleyhinə isə 293 parlamentar səs verib.


Story Code: 78928

News Link :
https://www.islamtimes.org/az/news/78928/paris-çirkin-nikahları-rədd-etdi

Islam Times
  https://www.islamtimes.org