QR CodeQR Code

Şri-Lankada kilsə və  otellər  partladılıb

IslamTimes , 21 Apr 2019 19:01

İslamTimes: 4 hücum paytaxt Kolomboda baş verib


Şri-Lankada paytaxt Kolombo, Neqombo və Battikaloa şəhərlərində terror hücumu olub. Otel və kilsələrə hücum səhər saatlarında həyata keçirilib. Terakt nəticəsində ölənlərin sayı 185 nəfərə çatıb. 360 nəfər yaralı var.
Şri-Lanka Cənubi Asiyada, Hindistanın 31 kilometr cənubunda ada ölkəsidir. 1972-ci ilə qədər Seylon adı ilə tanınırdı. Ölkə əhalisi təxminən 21 milyon nəfərdir. Hökumət qüvvələri ilə Tamil pələngləri arasında baş verən vətəndaş müharibəsi 1983-ci ildən davam edir. Şri-Lankada buddiizm dövlət dini kimi təsdiq olunub. Ölkədə müsəlmanlar da yaşayır.
 


Story Code: 789830

News Link :
https://www.islamtimes.org/az/news/789830/şri-lankada-kilsə-və-otellər-partladılıb

Islam Times
  https://www.islamtimes.org