0
Monday 22 April 2019 - 18:30

Əl-Sisi Əsrin Sövdələşməsində Bin Salmanın yerini tutdu

Story Code : 790045
Əl-Sisi Əsrin Sövdələşməsində Bin Salmanın yerini tutdu
İsrail mətbuatı yazır ki, sionist rejimin baş naziri Benyamin Netanyahu Əsrin Sövdələşməsində Bin Salmanın funksiyalarının Əl-Sisiyə ötürülməsi barədə qərar qəbul edib. Bundan sonra layihənin iqtisadi proqramlarını ərəb ölkələrində Əl-Sisi həyata keçirəcək. Bu dəyişikliyi Tramp da qəbul edib. Ekspertlər bildirir ki, Bin Salmanın layihədən uzaqlaşdırılması Qaşıqçının qətli, Ərəbistanda insan hüquqlarının pozulması ilə bağlıdır. Əslində Əl-Sisi də Misirdə ibtidai insan haqlarına riayət etmir. Amma Netanyahu onun  İsraildən gedən turistlərin təhlükəsizliyini təmin etməsindən razıdır.
 
Source : IslamTimes
Tagged
əl-sisi