QR CodeQR Code

ABŞ: “8 ölkəyə İran sanksiyalarından güzəşt etməyə son qoyduq”

Deyerler , 22 Apr 2019 18:46

İslamtimes - Ağ Ev ABŞ-ın 8 ölkəni İran sanksiyalarından güzəşt etməsinə son qoyduğunu açıqlayıb.



Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-ın prezidenti Donald Tramp mayın 2-dən etibarən 8 ölkənin (Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan) İrana qarşı sanksiyalardan azad edilməsinə son qoyacaq.
 
Ağ Evdən verilən məlumata görə, ABŞ, Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran nefti bazarda olmayacağı üçün beynəlxalq tələbatın hamısının ödənəcəyinə dair təminat verilməsi mövzusunda razılıq əldə edib.
 
Vaşinqton Post qəzetinin köşə yazarlarından Coş Roqin, Pompeonun sanksiyalardan güzəşt olunmağa son veriləcəyini açıqlayacağını yazmışdı. Financial Times-a danışan yüksək vəzifəli bir Aİ rəsmisi də, Pompeonun məsələ ilə bağlı bəyanat verəcəyini təsdiqləmişdi.
 


Story Code: 790052

News Link :
https://www.islamtimes.org/az/news/790052/abş-8-ölkəyə-iran-sanksiyalarından-güzəşt-etməyə-son-qoyduq

Islam Times
  https://www.islamtimes.org