0
Monday 22 April 2019 - 18:48

Amerikalı siyasətçi: “Trampın Hafterə dəstəyi, Tripolinin bombalanmasına yol açdı”

Story Code : 790053
Amerikalı siyasətçi: “Trampın Hafterə dəstəyi, Tripolinin bombalanmasına yol açdı”

Deyerler.org xəbər verir ki, Əl-Məyadin televiziyasının bildirdiyinə görə, amerikalı siyasətçi Cefri D. Feltman ABŞ-ın prezidenti Trampın Liviyanın paytaxtı Tripoliyə hücum edən qüvvələrin komandanı general Hafterə dəstək verməsini tənqid edib. Feltman Trampın Hafterə verdiyi dəstəyinin Tripolinin Hafter qüvvələrinin hədəfsiz bombardmanına məruz qalmasına yol açdığını vurğulayıb.
 
Feltman, həmçinin Trampın Hafter ilə apardığı telefon danışığından sonra, Tripolinin Hafter qüvvələrinin bombardmana məruz qalmasının təəccüblü olmadığını qeyd edib.
 
 
“Hafterin Tripoliyə hücumunda Səudiyyə rejimi də mühüm rol oynadı, çünki Ər-Riyadakı iclaslarda Hafterin Tripoliyə hücumundan əvvəl maliyyə ehtiyacları təmin olundu”, - deyə o, bildirib.
 
Source : Deyerler
Comment