QR CodeQR Code

Amerikalı siyasətçi: “Trampın Hafterə dəstəyi, Tripolinin bombalanmasına yol açdı”

Deyerler , 22 Apr 2019 18:48

İslamtimes - ABŞ-lı siyasətçi Ceffri Feltman ABŞ-ın prezidenti Donald Trampın general Xəlifə Hafterə dəstək verməsinin Tripolinin bombardman edilməsinə səbəb olduğunu qeyd edib.



Deyerler.org xəbər verir ki, Əl-Məyadin televiziyasının bildirdiyinə görə, amerikalı siyasətçi Cefri D. Feltman ABŞ-ın prezidenti Trampın Liviyanın paytaxtı Tripoliyə hücum edən qüvvələrin komandanı general Hafterə dəstək verməsini tənqid edib. Feltman Trampın Hafterə verdiyi dəstəyinin Tripolinin Hafter qüvvələrinin hədəfsiz bombardmanına məruz qalmasına yol açdığını vurğulayıb.
 
Feltman, həmçinin Trampın Hafter ilə apardığı telefon danışığından sonra, Tripolinin Hafter qüvvələrinin bombardmana məruz qalmasının təəccüblü olmadığını qeyd edib.
 
 
“Hafterin Tripoliyə hücumunda Səudiyyə rejimi də mühüm rol oynadı, çünki Ər-Riyadakı iclaslarda Hafterin Tripoliyə hücumundan əvvəl maliyyə ehtiyacları təmin olundu”, - deyə o, bildirib.
 


Story Code: 790053

News Link :
https://www.islamtimes.org/az/news/790053/amerikalı-siyasətçi-trampın-hafterə-dəstəyi-tripolinin-bombalanmasına-yol-açdı

Islam Times
  https://www.islamtimes.org