QR CodeQR Code

Ayətullah Xamenei Pakistanın baş nazirinə: "Sərhəddəki terrorçular düşmən silahları ilə bəslənir"

Deyerler , 23 Apr 2019 09:19

İslamtimes - Rəsmi səfər çərçivəsində İrana gələn Pakistanın baş naziri İmran Xan Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüşüb.



Deyerler.org Mehrə istinadən xəbər verir ki, görüşdə İran və Pakistan millətləri arasındakı dostluq münasibətlərinə toxunan Ali Dini Rəhbər bildirib ki, iki ölkə arasındakı münasibətlər düşmənlərin hiylələrinə baxmayaraq inkişaf etdirilməlidir.
 
Müsəlmanların Hindistan yarımadasına hakim olduğu dövrlərdə bu bölgədə ən möhtəşəm illərin yaşandığını qeyd edən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, Britaniya müstəmləkəçiliyinin də bu mühüm regionda İslam mədəniyyətinə ən böyük zərbə vurduğunu qeyd edib.
 
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Pakistanın öndə gələn şəxsiyyətlərindən İqbal Lahuri və Məhəmməd Əli Cinahı təriflə anaraq, sözlərini belə davam etdirib: “İran və Pakistan arasında yaxşı münasibətlər hər iki ölkənin xeyrinədir. Lakin bu əlaqələrin ciddi düşmənləri də var. Onların tələblərinin tam əksinə, müxtəlif sahələrdə münasibətlər artırılmalıdır”.
 
İki ölkənin birgə sərhədindəki təhlükəsizlik məsələlərinin əhəmiyyətinə diqqət çəkən Ali Dini Rəhbər, belə danışıb: “Sərhəddə inamsızlığa səbəb olan terror təşkilatları düşmənlərin silah və vəsaiti ilə bəslənirlər. İki ölkənin sərhədində baş verən bəzi hadisələrin səbəbi Tehran-İslamabad münasibətlərinə xələl gətirməkdir”.
 


Story Code: 790119

News Link :
https://www.islamtimes.org/az/news/790119/ayətullah-xamenei-pakistanın-baş-nazirinə-sərhəddəki-terrorçular-düşmən-silahları-ilə-bəslənir

Islam Times
  https://www.islamtimes.org