0
Thursday 25 April 2019 - 16:59

Amiri: İran İraqı müdafiə etməkdə heç nəyini əsirgəmədi-Amerika İraqdan çıxsın

Story Code : 790980
Amiri: İran İraqı müdafiə etməkdə heç nəyini əsirgəmədi-Amerika İraqdan çıxsın
Ayətullah əl-üzma Seyid Əli Sistaninin İŞİD əleyhinə cihad fətvasının ildönümü münasibətilə çıxış edən Əl-Fəth koalisiyasının rəhbəri vurğulayıb: “Livan Hizbullahı İŞİD əleyhinə mübarizədə İraqın təhlükəsizlik qüvvələrinə kömək etdi.”

Amiri əlavə edib: “Hamı elə düşünürdü ki, İraq İŞİD əleyhinə mübarizədə qalib ola bilməyəcək. Amma İraq əhalisi hamıya sübut etdi ki, dünyanın ən böyük və təhlükəli terror qrupunu məhv etməyə qadirdir.”
Amiri həmçinin deyib: “Bizim Amerikanın, yaxud Türkiyənin hərbi bazalarına ehtiyacımız yoxdur. Amerika qüvvələrinin İraqda hüzuruna icazə verməyəcəyik.”
Source : Nur-az.com
Tagged
iraq al-amiri
Comment