QR CodeQR Code

“Sarı jiletlər” aksiyasında 23 mindən çox nümayişçi iştirak edib

Deyerler , 28 Apr 2019 09:58

İslamtimes - Fransa Daxili İşlər Nazirliyi “sarı jiletlər” etiraz aksiyasının 24-cü aktında ölkə üzrə 23 min 600 nümayişçinin iştirak etdiyini bildirib.


“Sarı jiletlər”in hesablamalarına görə isə ölkə üzrə aksiyada 60 mindən çox nümayişçi iştirak edib.
 
Təkcə Parisdə 2600 nümayişçi olub. Həmin nümayişçilər böyük media qurumlarının binalarının qarşısına toplaşaraq onların sosial hərəkatı haqqında qərəzsiz məlumatlar verilməsini tələb ediblər. Parisdə 2 min “sarı jiletli” 3500 “qırmızı jiletli” ilə birləşərək “ümumi cavab” şüarı altında hökumətə və Medef-ə etirazlarını bildirib.
 


Story Code: 791088

News Link :
https://www.islamtimes.org/az/news/791088/sarı-jiletlər-aksiyasında-23-mindən-çox-nümayişçi-iştirak-edib

Islam Times
  https://www.islamtimes.org