1
Monday 29 April 2019 - 08:10

İran Hörmüzü bağlamamış nigarançılıqlar başladı

Story Code : 791215
İran Hörmüzü bağlamamış nigarançılıqlar başladı
İran rəsmiləri hələ ki, Hörmüzü bağlamaq fikrində olmadıqlarını bəyan etsələr də, artıq nigarançılıq bəyanatlarına start verilib. Küveytin xarici işlər naziri Xalid Carullah mövzu ilə bağlı ölkəsinin narahatlığını bildirib. İranın strateji əhəmiyyətli Hörmüz boğazını bağlamaq təhdidinə ilk reaksiyalar amerikayönlü ərəblərdən gəlib.
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif deyib ki, ABŞ Hörmüzdən keçəndə Sepahın nəzarəti ilə üzləşəcək. İran silahlı qüvvələrinin baş qərərgah rəisi general Baqiri Hörmüzün bağlanmasını Amerikanın növbəti addımları ilə şərtləndirib.
 
Source : IslamTimes
Tagged
hörmüz