QR CodeQR Code

Səudiyyə rejiminin daha bir xəyanəti üzə çıxdı

Deyerler , 2 May 2019 13:30

Islamtimes - Səudiyyə rejiminin İordaniyadakı səfirliyindən sızdırılan sənədlər Səudiyyə rejiminin Fələstin Muxtariyyətinin aradan qaldırılması və təkcə İsrail rejimi üçün dövlətin qurulmasını təklif etdiyini göstərir.



Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, Əl-Əxbar qəzeti “Əsrin müqaviləsi” və Səudiyyə rejiminin bu layihədəki rolu haqqında dərc etdiyi hesabatında, Ammanda ərəb rejimlərinin xarici işlər nazirlərinin keçirdikləri və ABŞ-ın Qüdsü İsrail rejiminin paytaxtı elan etməsinin nəticələrini müzakirə etdikləri iclasda nələrin müzakirə edildiyini yazıb.
 
Hesabatda Səudiyyə rejiminin sabiq xarici işlər naziri Adil Əl-Cübeyrin qəribə bir təklif etdiyi bildirilib. Həmin təklifdə Cübeyr, muxtariyyətin ləğv edilməsini və təkcə İsrail rejimi üçün dövləti qurulmasını gündəmə gətirib. Təklifin Fələstin xarici işlər nazirinin sərt reaksiyası ilə üzləşdiyi qeyd olunub.
 


Story Code: 791793

News Link :
https://www.islamtimes.org/az/news/791793/səudiyyə-rejiminin-daha-bir-xəyanəti-üzə-çıxdı

Islam Times
  https://www.islamtimes.org