0
Thursday 2 May 2019 - 14:34

ABŞ-ın müdafiə nazirinin müavini: “ABŞ-ın Venesuelaya müdaxilə planı hazırdır”

Story Code : 791809
ABŞ-ın müdafiə nazirinin müavini: “ABŞ-ın Venesuelaya müdaxilə planı hazırdır”

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Patrik Şanahan ABŞ-ın baş qərargah rəisi ordu generalı Cozef Danford və ABŞ Müdafiə Nazirliyinin müşaviri Devid Norkist ilə Nümayəndələr Palatasının Təsisatlar Alt Komitəsində, 2020-ci il müdafiə büdcəsinə dair iclasda iştirak edib.
 
Şanahan Venesueladakı çevriliş cəhdinə dair verilən bir suala belə cavab verib: “Bu məsələdə tam yekun bir hökumət münasibəti ilə işləyirik və bütün variantlar masada deyildikdə, doğrudan da, masadadır. Ancaq biz mümkün qədər diplomatik və iqtisadi olaraq təzyiq tətbiq etmək üzərində çalışırıq”.
 
O, Venesueladakı vəziyyəti yaxından təqib etdiklərini və ölkədəki vəziyyətin olduqca dəyişkən olduğunu qeyd edib: “Venesuelada kubalılar, ruslar var və başqa qüvvələr də var. Hər şey mediada və ya digər kanallarda aydın görünmür. Bu bizim nəzarət etdiyimiz bir təqvim deyil. Ortaya çıxa biləcək bir vəziyyətə, üstünlük təmin etmək üçün taktikamızı dəyişdirə biəcək və müəyyən dərəcədə cavab verə biləcək vəziyyətdəyik. Gözlənilməz bir vəziyyətin ortaya çıxa biləcəyi bir ssenari və vəziyyətin olmaması üçün təfsilatlı plan hazırladıq”.
 
Source : Deyerler
Tagged
Venesuela abş
Comment