QR CodeQR Code

Tripoli yaxınlığında silahlı qarşıdurma qurbanlarının sayı 400-ə yaxınlaşıb

Deyerler , 4 May 2019 08:18

İslamtimes - Liviyanın paytaxtı Tripoli şəhəri yaxınlığında davam edən silahlı toqquşmalarda ölənlərin sayı 400-ə yaxınlaşıb.



"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəliyinə istinadən AFP məlumat yayıb.
 
Bildirilir ki, bu günədək hökumət qüvvələri ilə feldmarşal Xəlifə Həftərin komandanlıq etdiyi Liviya milli ordusu arasında gedən döyüşlər nəticəsində azı 392 öldürülüb, 1936-sı isə yaralanıb.
 
Daha əvvəl Liviyada Həftərin qoşununun Tripoliyə hücumun ikinci mərhələsinə başladığı məlumat verilmişdi.
 


Story Code: 792117

News Link :
https://www.islamtimes.org/az/news/792117/tripoli-yaxınlığında-silahlı-qarşıdurma-qurbanlarının-sayı-400-ə-yaxınlaşıb

Islam Times
  https://www.islamtimes.org