0
Saturday 4 May 2019 - 08:18

Tripoli yaxınlığında silahlı qarşıdurma qurbanlarının sayı 400-ə yaxınlaşıb

Story Code : 792117
Tripoli yaxınlığında silahlı qarşıdurma qurbanlarının sayı 400-ə yaxınlaşıb

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəliyinə istinadən AFP məlumat yayıb.
 
Bildirilir ki, bu günədək hökumət qüvvələri ilə feldmarşal Xəlifə Həftərin komandanlıq etdiyi Liviya milli ordusu arasında gedən döyüşlər nəticəsində azı 392 öldürülüb, 1936-sı isə yaralanıb.
 
Daha əvvəl Liviyada Həftərin qoşununun Tripoliyə hücumun ikinci mərhələsinə başladığı məlumat verilmişdi.
 
Source : Deyerler
Tagged
liviya tripoli
Comment