QR CodeQR Code

Ayman əl-Zəvahiri “Əl-Qaida”nın başına keçib

16 Jun 2011 13:07

IslamTimes - “Əl-Qaidaə” beynəlxalq terror şəbəkəsinə yeni lider təyin olunub.


APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Üsamə bin Ladenin şübhəli ölüm xəbərindən sonra boş qalan liderlik vəzifəsinə Ayman əl-Zəvahiri gətirilib.

Əslində Bin Ladenin ölüm xəbərindən dərhal sonra onun yerinə məhz təşkilatın ikinci adamı Ayman əl-Zəvahirinin keçəcəyi bildirilirdi. Lakin “Əl-Qaidə”nin operativ qərargahının rəhbəri səlahiyyətlərinin icrası misirli Seyf-əl-Adelə tapşırıldı. Ayman əl-Zəvahirinin təşkilatın başına daha gənc insanın gəlməsini istəyən qrupun müqaviməti ilə üzləşdiyi iddia olunurdu. Lakin bu iddialar təsdiqini tapmayıb.


Story Code: 79213

News Link :
https://www.islamtimes.org/az/news/79213/ayman-əl-zəvahiri-əl-qaida-nın-başına-keçib

Islam Times
  https://www.islamtimes.org