0
Thursday 16 June 2011 - 15:05

Misirdə İsrail casusu tutuldu

Story Code : 79226
Misirdə İsrail casusu tutuldu
Misirdə İsrail casusu tutuldu
Islam times.org/az/ - “İslamtimes” in Misirin "əl-Ehram" qəzetinə istinadən verdiyi xəbərə görə 3 gün əvvəl bu ölkədə həbs olunan İsrail casusu ilə əlaqədar yeni detallar yayımlayıb.

"Elin Gorin" adlı bu Mossad casusu, 25 yanvar hadisələrini xalqla Silahlı qüvvələr arasında qarışıqlıq və fitnə yaratma ittihamı ilə günahlandırılır.

Misir Milli Təhlükəsizlik Nazirliyinin qərarı ilə nəzarət altına alınan Mossad casusu ilə əlaqədar aparılan araşdırma zamanı Qahirənin mərkəzində yerləşən məşhur bir oteldə qaldığı otağında Misirlə əlaqədar çox əhəmiyyətli və təhlükəli gizli kəşfiyyat məlumatlarını ehtiva edən 1 noutbook kompüter və 3 cib telefonu aşkar edilmişdir.

Əldə olunan məlumata görə, insanların Misirin devrilmiş prezidenti Hüsnü Mübarək əleyhinə nümayiş üçün "ət-Təhrir" (Azadlıq) meydanına toplaşdığı zaman Siyonist Gorin, nümayişçiləri əl-Əzhərdəki Silahlı Qüvvələr zabitlərinə hücum etməyə təhrik edirdi.

Gaorin əlavə, Qahirənin "Ədli" küçəsindəki bir senaqoqda Misirli olmayan insanlarla da görüşürmüş. Xüsusi xidmət orqanlarının dediyinə görə, İsrailli Gorin Misir sərhədlərindən Liviyaya keçmək üçün də cəhd etmişdir. Onun məqsədi növbəti əməliyyatı Liviya inqilabçıları arasında həyata keçirmək imiş.
Translator :
Source : islamtimes
Comment