QR CodeQR Code

Qəzzada atəşkəs təmin olundu

http://deyerler.org/ , 6 May 2019 14:15

İslamtimes - Qəzzada Fələstin müqavimət qrupları ilə İsrail rejimi arasında atəşkəs razılaşmasına nail olunduğu bildirilib



Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, HƏMAS hərəkatının Əl-Əqsa televiziya kanalında gedən xəbərdə bu barədə məlumat verilib.
 
Adını vermək istəməyən bir mənbəyə əsaslandırılan xəbərdə, atəşkəsin yerli vaxtla saat 04:30-da başlayacağı qeyd olunub.
 
Digər tərəfdən Qəzzadakı silahlı qruplardan “Xalq Müqavimət Komitələri” adından danışan Əbu Mücahid Əl-Brim, BMT və Misirin atəşkəs üçün göstərdiyi səylərin nəticə verdiyini, bunun bazar ertəsi səhər saatlarından etibarən həyata keçiriləcəyini deyib.
 
Vəziyyətə dair İsrail rejimi tərəfindən hələ açıqlama verilməsə də, atəşkəs danışıqlarına qatılan İsrail rejiminin bir səlahiyyətli məmuru, ötən gecə verdiyi açıqlamasında, danışıqlarda irəliləyişin baş verdiyini, bir neçə saat ərzində atəşkəs elanının mümkün ola biləcəyini bildirmişdi.
 


Story Code: 792531

News Link :
https://www.islamtimes.org/az/news/792531/qəzzada-atəşkəs-təmin-olundu

Islam Times
  https://www.islamtimes.org