Həftər dəstəyə görə Misir prezidentinə təşəkkür edib
Story Code : 793283
Özünü Liviya milli ordusunun komandanı kimi təqdim edən və keçid hökumətinə qarşı hərbi əməliyyatlara əl atan Xəlifə Həftər Qahirədə səfərdə olub. Misir prezidenti Sisi ilə görüşən Həftər dəstəyə görə təşəkkür edib. Sisi terrorçu ünsürlərlə mübarizəyə bundan sonra da dəstək veriləcəyini bildirib. Həftər məhz terrorçu ünsürlərlə mübarizə adı altında Tripoliyə, BMT-nin qanuni hökumət kimi tanıdığı Keçid hökumətinin üzərinə hücuma keçib. Hazırda Liviyanın şərq hissəsinə nəzarət edən Həftər Keçid hökumətinə qarşı əməliyyatları davam etdirir.