QR CodeQR Code

Həftər dəstəyə görə Misir prezidentinə təşəkkür edib

IslamTimes , 10 May 2019 00:00

İslamTimes: Liviyada hərbi qarşıdurma davam edir


Özünü Liviya  milli ordusunun komandanı kimi təqdim edən və keçid hökumətinə qarşı hərbi əməliyyatlara əl atan Xəlifə Həftər Qahirədə səfərdə olub. Misir prezidenti Sisi ilə görüşən Həftər dəstəyə görə təşəkkür edib. Sisi terrorçu ünsürlərlə mübarizəyə bundan sonra da dəstək veriləcəyini bildirib. Həftər məhz terrorçu ünsürlərlə mübarizə adı altında Tripoliyə, BMT-nin qanuni hökumət kimi tanıdığı Keçid hökumətinin üzərinə hücuma keçib. Hazırda Liviyanın şərq hissəsinə nəzarət edən Həftər Keçid hökumətinə qarşı əməliyyatları davam etdirir.
 


Story Code: 793283

News Link :
https://www.islamtimes.org/az/news/793283/həftər-dəstəyə-görə-misir-prezidentinə-təşəkkür-edib

Islam Times
  https://www.islamtimes.org