QR CodeQR Code

İngiltərə ən böyük etiraz aksiyası astanasında

17 Jun 2011 10:03

IslamTimes - İngiltərə dövlət sektorunda çalışan yüz minlərlə işçi, orta məktəb və universitetlərdə işləyən müəllimlərlə birlikdə etiraz aksiyasına qoşulacaq.


“IslamTimes” İngiltərənin “Indipendent” qəzetinə istinadən xəbər verir ki, 30 iyun tarixində yüz minlərlə ingiltərəli etiraz aksiyasına qoşulacaqdır. Dövlət sektorunda çalışan işçilər orta məktəb və universitet müəllimləri ilə yanaşı dövlət əleyhinə nümayiş keçirəcək.

Aksiyanın dövlətin pensiyaya çıxmaq yaşı ilə bağlı qanunda etdiyi dəyişiklikləriə görə keçiriləcəyi bildirlir.

Bu aksiya 1980-cı ildən bu günədək İngiltərədə keçirilmiş ən irihəcmli aksiya olacaq. Belə ki, aksiyada 750 min ingiltərəlinin iştirak edəcəyi gözlənilir.

İngiltərə KİV-nin yaydığı məlumata əsasən, payız aylarında daha irihəcmli aksiyalar keçirələcək.


Story Code: 79377

News Link :
https://www.islamtimes.org/az/news/79377/ingiltərə-ən-böyük-etiraz-aksiyası-astanasında

Islam Times
  https://www.islamtimes.org