QR CodeQR Code

Əmirlikdə tanker müharibəsində 2 Ərəbistan gəmisi vurulub

IslamTimes , 13 May 2019 12:16

İslamTimes: Hadisəni üzərinə alan yoxdur



Ötən gün Əmirliyin Əl-Fuceyrə limanında 10-dək tankerin vurulması xəbəri regioni silkələdi. Vurulan gəmilər arasında 2 Ərəbistan gəmisi var. Bu iki gəmi ABŞ-a yük aparmalı imiş. Gəmilərin ağır xəsarət aldığı bildirilir. Əksər ölkələr hadisəni pisləyib və gəmiçilikdə baş vermiş bu hadisəni dünya üçün təhlükə adlandırıb. Oman dənizində baş vermiş hadisə müəmma olaraq qalır. Hər halda bu liman Yəmənə təcavüz etmiş koalisiyanın əsas iki üzvündən birinə məxsusdur. İran Xarici İşlər Nazirliyi də bəyanat yayaraq hadisənin səbəblərinin araşdırılmasını istəyib.
 
 
 


Story Code: 793949

News Link :
https://www.islamtimes.org/az/news/793949/əmirlikdə-tanker-müharibəsində-2-ərəbistan-gəmisi-vurulub

Islam Times
  https://www.islamtimes.org