QR CodeQR Code

Fələstin: “ABŞ-ın cəhdləri sülh planı deyil, təslim olma şərtləridir”

Deyerler , 13 May 2019 15:01

Islamtimes - Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki Tramp rəhbərliyinin uzun müddətdir gözlənilən Yaxın Şərq sülh planına dair bunları deyib: “ABŞ rəhbərliyinin cəhdləri sülh səyləri kimi xarakterizə oluna bilməz. Bu təşəbbüslər sülh planı deyil, təslim olma şərtləridir. Pul heç bir formada bu planı qəbul etdirə bilməz”.



Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Riyad Əl-Maliki BMT-nin Baş Qərargahında İndoneziya, Cənubi Afrika və Küveyt tərəfindən təşkil olunan, İsrail rejiminin işğal etdiyi Fələstin torpaqlarındakı qanunsuz sionist məskunlaşma məntəqələrinin müzakirə olunduğu iclasda danışıb.
 
C Bölgəsinin İordan çayının qərb sahilinin 60%-ni təşkil etdiyini, ancaq fələstinlilərin yalnız 1%-dən az bir sahəni istifadə etmələrinə icazə verildiyini qeyd edən Maliki, Şərqi Qüdsün isə yalnız 13%-nin Fələstin bölgəsi olduğunu bildirib. Şərqi Qüds də daxil olmaqla işğal altındakı Fələstin torpaqlarında 600 mindən çox sionist gəlmənin məskunlaşdığını deyən Maliki, İsrail rejiminin işğal etdiyi yerləri ilhaq etməyi qarşısına məqsəd qoyduğunu bildirib: “Tez-tez İsrail rejiminin təhlükəsizliyindən bəhs edildiyini eşidirik, amma döyüş təyyarələri, tanklar və nüvə silahlarına sahib olan da İsrail rejimidir. Bəs işğal altında müdafiə olunmaya möhtac fələstinlilərin təhlükəsizliyi necə olacaq? Nəzarət olunmayan bir müstəmləkənin hərbi gücünün insafına qalmış olmaqdan daha böyük bir təhlükə ola bilərmi?
 
 
Bütün ədalətsizliklərə baxmayaraq, Fələstin sülh və beynəlxalq hüququn aliliyinə sadiq qalacaq. ABŞ rəhbərliyinin cəhdləri sülh səyləri kimi xarakterizə oluna bilməz. Bu təşəbbüslər sülh planı deyil, təslim olma şərtləridir. Pul heç bir formada bu planı qəbul etdirə bilməz”.
 


Story Code: 793980

News Link :
https://www.islamtimes.org/az/news/793980/fələstin-abş-ın-cəhdləri-sülh-planı-deyil-təslim-olma-şərtləridir

Islam Times
  https://www.islamtimes.org