QR CodeQR Code

Aİ: "İŞİD üzvləri Əfqanıstana daşınır"

Deyerler , 13 May 2019 16:32

İslamtimes - Aİ-nin terrorla mübarizə koordinatoru Jil de Kerşov (Gilles de Kerchove) İŞİD terror təşkilatı üzvlərinin Əfqanıstana köçürülməsi məsələsində xəbərdarlıq edib.



Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Aİ rəsmisi mayın 12-si verdiyi açıqlamasında, İraq və Suriyadakı məğlubiyyətlərindən sonra, İŞİD üzvləri Əfqanıstan və Şimali Afrika ölkələrinə köçməyə çalışır.
 
Kerşov İŞİD-in avropalı üzvlərinin hələ də İraq və Suriyada olduğunu xatırladıb.
 
Əfqanıstanda İŞİD üzvlərinin mövcudluğundan sonra Əfqanıstan Senat Şurasının vitse-spikeri Məhəmməd Əlim İzədyar açıqlama verərək, ABŞ başda olmaqla, beynəlxalq birliyin Əfqanıstanda İŞİD ilə mübarizə üçün praktiki addımlar atmadığı təqdirdə, bu ölkədə terrorçuların mövcudluğunun daha da güclənəcəyini qeyd edib.
 


Story Code: 794007

News Link :
https://www.islamtimes.org/az/news/794007/ai-işid-üzvləri-əfqanıstana-daşınır

Islam Times
  https://www.islamtimes.org