QR CodeQR Code

Türkiyədən İsrailə növbəti sarsıdıcı zərbə

17 Jun 2011 13:16

IslamTimes - Türkiyə də Fələstini dövlət olaraq tanıyan ölkələr sırasına daxil olub


Türkiyə prezidenti Abdullah Gül bildirib ki, Fələstinin müstəqil dövlət olaraq tanınması BMT Baş Assambleyasında səsverməyə çıxarılan zaman Türkiyə Fələstinin xeyrinə səs verəcək. Bu barədə Türkiyə prezidenti xarici KİV-lərə müsahibəsində bildirib, - “İslamNyus” xəbər verir.

“Türkiyə 1967-ci ilə qədər mövcud olan sərhədlərdə müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyən ölkələrdən biri kimi Fələstinin güclü tərəfdarlarındandır”, - deyə Abdullah Gül vurğulayıb.

Gül qeyd edib ki, Türkiyənin Fələstinin leyhinə səs verəcəyinə heç bir kəsin şübhəsi olmamalıdır. /Deyerler/


Story Code: 79407

News Link :
https://www.islamtimes.org/az/news/79407/türkiyədən-israilə-növbəti-sarsıdıcı-zərbə

Islam Times
  https://www.islamtimes.org