0
Tuesday 14 May 2019 - 19:55

Əmirlikdə partlayışlar İranı qaralamaq üçündür

Story Code : 794251
Əmirlikdə partlayışlar İranı qaralamaq üçündür
Artıq dünya mətbuatında Əmirlikdəki partlayışlara görə İranı ittiham edənlər və İranı qaralamaq üçün hadisəni İsrailin törətdiyini iddia edənlər var. Əl-Fuceyrə hadisəsindən dərhal sonra İran bu hadisənin beynəlxalq qrup tərəfindən araşdırılmasını istədi. Hadisənin ardınca havaya qalxan ABŞ və Fransa təyyarələrinin   heç bir məlumat əldə edə bilməməsi də şübhəlidir. Belə böyük hadisəni törədən tərəf gizli qala bilməz. Bir halda gizli qalar ki, hadisə Əmirliklə razılaşdırılmış fitnə olsun. Bəli, hərbi ekspertlərin əksəri bu qənaətdədir ki, partlayış İranı ittiham etmək üçün törədilib.
 
Source : IslamTimes
Tagged
əl-fuceyrə