QR CodeQR Code

Amerikasız Orta Şərq

Keyhan qəzeti , 17 Jun 2011 17:16

IslamTimes - Bu gün məntəqədə İslami oyanış adı altında baş verənlər məntəqə xalqlarının rəsmi olaraq Amerikanı istəməmələri və onların bu ölkəyə olan nifrətini nümayiş etdirir.


Digər bir tərəfdən bu cərəyana qoşulanlar İslam və zülmə düçar edilmişlər cəbhəsi ilə rəsmi olaraq beyət etdiklərini elan edirlər. 

Dünyadakı son dəyişikliklər xüsusi ilə məntəqədə İslami oyanış dalğası ölkələr arasındakı siyasi əlaqələrdə yeni dəyişikliklərə səbəb olub. Hətta dünyada super güc olduğunu iddia edən ABŞ-ın mövqeyində də gözə çarpan dəyişikliklər baş verdi. 

Şübhəsiz ki, bu hadisələr Amerikanın Orta Şərq məntəqəsində qalmasında onu yeni problemlərlə qarşılaşdıracaq. Bu gün Amerika Orta Şərq ölkələri ilə bağlı siyasətlərində əsaslı dəyişikliklər etməyə məcburdur. 

Bu məqalədə İslami oyanış dalğasına, Amerikanın bəzi son mövqelərinə və onun Orta Şərq məntəqəsindəki mövcudluğunun gələcəyinə nəzər salacağıq. 

Bir neçə ay öncəyə, xüsusilə İslami oyanışın ilk qığılcımlarının zahir olduğu dövrə nəzər saldıqda görürük ki, dünyanın ənənəvi diplomatiyasi və super dövlətlərinin mexaniki hesab-kitabları bu qiyamlar barədə araşdırmaları və proqnozları yanlış olub. 

Onların bu qiyamları araşdıra bilməməsi və bütün qiyamlar arasında müştərək nöqtə olan İslama bilərəkdən göz yummaq meylləri səbəb oldu ki, onların müdafiə yönlü və dağıdıcı addımlarına baxmayaraq İslami oyanış günü-gündən daha da genişlənsin. İş o yerə gəlib çatıb ki, artıq bu qiyamları yatırmaq üçün onların əlindən bir iş gəlmir. 

Onlar üçün mövcud olan yeganə yol uyğun qiyamları tam məhv etmək üçün hərbi qüvvədən istifadə etməkdir. Bu isə onların araşdırmalarda olan əvvəlki səhvlərinin davamıdır. Çünki heç bir şübhə yoxdur ki, bu tökülən qanlar nəinki uyğun oyanış dalğasının təkamül sürətinin qarşısını ala bilməyəcək, əksinə qiyamçıların ayıq-sayıqlığını bir qədər də artıracaq. 

Bu gün dünyadakı müxtəlif araşdırmalarda ən əhəmiyyətli nöqtə bu əsil müharibənin cəbhələşməsini müəyyənləşdirməkdir. 

Bu gün məntəqədə baş qaldırmış qiyamlar Tunisli bir gəncin özünü yandırmasının nəticəsindən daha çox əzəmətli və geniş bir hadisədir. 

Bu gün artıq hamıya bəllidir ki, qiyamçıların hərəkət amili iqtisadi məsələlərdən çox üstün məsələlərdir. 

Bu gün hamı bilir ki, “Mübarəkə, Ali Xəlifəyə, Əli Abdullah Salehə və sair bu kimi şəxslərə ölüm” şüarı əslində Amerikaya və İsrailə ölüm deməkdir. 

Bu gün artıq uyğun qiyamları İran İslam İnqilabının hegomonluqla mübarizəsi, müstəqillik və İslamçılıq xəttinin davamı kimi dəyərləndirmək çətin iş deyil. 

Bu gün artıq aslı diktatorlara “yox” deməyi uyğun diktatorların ağalarına “yox” bilmək çətin deyil.
Bu gün artıq hamı bilir ki, insanların dünyanın müxtəlif guşələrində əl uzadıb meyvələrindən faydalandığı bu cüssəli ağac 33 il öncə müsəlman İran xalqının imam Xumeyninin rəhbərliyi ilə əkdiyi həmin kiçik bitkidir. 

Bu mübarizə həmin mübarizədir! Cəbhələşməsində də dəyişiklik olmayıb. Yalnız bu cəbhəyə yeni enerjili döyüşçülər qoşulub və ön cənhə xəttində kiçik dəyişikliklər baş verib. O vaxtkı mübarizə təkcə imamla (r) şah arasında, yaxud İranla Amerika arasında müharibə deyildi. Əksinə iki cəbhə arasında döyüş idi ki, bir tərəfdə dünyanın zülmə düçar edilmişləri, o bir tərəfdə isə hegomonlar durmuşdu. 

Bugünki cəbhələşmə də həmin cəbhələşmədir. Demək olar ki, bu müharibə bir növ Amerikanın başçılıq etdiyi dünya hegomonları ilə İranın rəhbərlik etdiyi “zülmə düçar edilmişlər” arasında müharibədir. Belə bir baxışla təbii olaraq İran zülmə düçar edilmişlər cəbhəsinin rəhbəri və bu qiyamlara əsas ilhamverici mənbə kimi xüsusi mövqe tutur. 

Əlbəttə hegomon dövlətlərin özləri də əməli baxımdan uyğun cəbhələşməni qəbul edir. Elə bu səbəbdən İslam Respublikasının hər biri hərəkəti və mövqesi onlar üçün xüsusi əhəmiyyət kəsb edir və ona qarşı reaksiya göstərirlər. 

İslam İnqilabının qələbəsindən sonra (bu qələbə Amerikaya ilk sarsıdıcı zərbə idi) İran daim uyğun hegomon ölkələrlə münasibətdə izzət və güc mövqeyindən çıxış etmiş, daim ABŞ-ın puç zahirini dağıtmağa çalışmışdır. Elə bu səbəbdən zülmkarlara, hegomonlara qarşı mübarizədə rəhbər kimi tanınmışdır. Bu gün İran dünyada böyük mədəni, hətta hərbi güc kimi tanınır. İş o yerə çatıb ki, İrana zərbə vurmaq, onu zəiflətmək və dünyada simasını korlamaq üçün böyük məbləğdə pullar xərclənir. 

Bir tərəfdən İranın İslami oyanış dalğasını xüsusi şəkildə himayə etməsi, bu ölkənin uyğun cərəyanın rəhbəri kimi qələmə verilməsi, digər tərədən də onun hərbi gücü səbəb olub ki, İranın məntəqə ölkələrindəki qiyamlara hərbi müdaxilə etməyəcəyini açıq-aşkar bildirməsinə baxmayaraq hegomon dövlətlər daim İranın hərbi müdaxiləsindən qorxsunlar. Bu qorxu onları birbaşa və dolayı yolla İranı qorxudaraq hədələməyə, onu uyğun hərbi müdaxilədən yayındırmağa çalışmağa məcbur edib. 

Son zamanlar ABŞ və ya İsrailin İrana hərbi hücumu barədə ehtimallar da həmin İrana “hədə-qorxu siyasəti”nin davamıdır. 

Lakin İslam Respublikasının kemçişi daim bunun göstəricisi olub ki, İran heç zaman öz əqidə və fikrini hərbi yolla yeritmək fikrində olmayıb. O millətlərin agah olması və həqiqətdən xəbərdar olmaları üçün öz fikir və mədəniyyətini onlara çatdırmağı kifayət bilib. Bu baxımdan İranın Amerika kimi ölkələrlə böyük fərqi var. Bu gün Amerikanın məntəqədə nüfuzunu aşağı endirən, silkələdən qeyd etdiyimiz fərqlərdir. 

Amerika son iki əsrdə yer kürəsinin müxtəlif bölgələrində evlər yıxan çoxsaylı müharibələrə başlayan bir ölkədir. 

Amerikanın uyğun müharibələrə başlaması üçün göstərdiyi dəlillər əksər hallarda puç və güman əsasında olan dəlillərdir. Uyğun dövrdə Amerikanın müharibə siyasətlərinin zehnlərdə yaratdığı suallar hələ də cavabsız qalmaqdadır. 

Amerika kütləvi qırğın silahlarını bəhanə edib İraqa daxil oldu. Lakin bu silahlar hələ də aşkar edilməyib! İndi isə Amerika İraqı tərk etməkdədir. Amma zehnlərdə uyğun sual qalmaqdadır ki, ABŞ dövləti və digər ölkələrin büdcəsindən İraq müharibəsinə sərf olunan bu qədər yüksək xərclərin cinayətlər, qətllər, günahsız qadın və qızlara təcavüz və sair bu kimi işlərdən başqa hətta Amerikanın özü üçün hansı nəticəsi oldu? 

ABŞ İraq və Əfqanıstan müharibəsi barədə hətta Birləşmiş Ştatların, öz xalqının suallarına belə cavab verə bilməyib. 

İraq və Əfqanıstandakı nəticəsiz savaşları dayandırmaqla bağlı ümumi fikirlərin ABŞ dövlətinə olan təzyiqi bu dövləti ona vadar edib ki, öz yalan istehsal edən zavodlarının alovunu ikiqat çoxaltsın ki, bəlkə uyğun təzyiqləri bir az azalda bildi. 

Amerika vətəndaşlarının hər birinin sualı Əfqanıstan və İraqdakı səmərəsiz savaşın nə üçün davam etdirilməsi olduqda təbiidir ki, Amerika Ben Ladeni öldürmək ssenarisini oynamağa məcbur olur ki, nəticədə az da olsa özünü Amerika xalqı və dünyanın ümumi fikri qarşısında təmizə çıxarsın.


Story Code: 79427

News Link :
https://www.islamtimes.org/az/news/79427/amerikasız-orta-şərq

Islam Times
  https://www.islamtimes.org