Ənsarullah: “Sağmal inəyin” iqtisadiyyatına hücum mərhələsinə keçirik
Story Code : 794397
Yəmən Ənsarullah təşkilatının sözçüsü Məhəmməd Əbdüssalam Ərəbistanın Aramko şirkətinin iki quyusunun vurulması haşiyəsində gələcək planlarından danışıb. Sözçü deyib: “Sağmal inəyin” iqtisadiyyatına hücum mərhələsinə keçirik. Aramkoya hücum Yəmənə təcavüzə, Yəmənin mühasirədə saxlanmasına cavabdır. Bu bir mesaj idi: Biz təcavüzkar Ərəbistanın iqtisadiyyatına hücum etapına keçdik. Tramp Ərəbistanı “sağmal inək” adlandırıb müdafiə edir. Sağmal inəyə hücum mərhələsinə start verdik.