0
Thursday 16 May 2019 - 02:18

Əsrin Sövdələşməsi: Əsrin Sövdələşməsinin xülasəsi (2)

Story Code : 794472
Əsrin Sövdələşməsi: Əsrin Sövdələşməsinin xülasəsi (2)
Əsrin Sövdələşməsinin mətnində deyilir: Sionist rejim yəhudi dövlətidir, Fələstin məhdud hakimiyyətlə milli dövlətdir... Fələstin dövləti Qərb Sahilin yarı hissəsi, Qəzzə Zolağında təşkil ediləcək. Qərb Sahilinin böyük hissəsi və keçid məntəqələrinin təhlükəsizliyi İsrailin öhdəsinədir.   
Sövdələşməni iyun ayında rəsmən açıqlamaq planlaşdırılır.  
İordaniya vadisi İsrailin tabeçiliyindədir, bu əraziyə hərbi nəzarət  İsrailin öhdəsinədir. Şərqi Qüdsdə bütün ərəb məhəllələrinə  (Qüdsün İsrailə aid hissəsnə daxil edilən Mədinətun-Qədimə istisna olmaqla) nəzarət Fələstin dövlətinə həvalə olunur. Şərqi Qüdsdə Əbu-Dis şəhəri Fələstinə paytaxt kimi təklif olunur. Mədinətun-Qədimə məscidinə nəzarətdə İordaniya iştirak edəcək. Həmas tərki-silah edilmək şərti ilə Qəzzə Fələstin dövlətinə daxil olur. Maraqlıdır ki, Sövdələşmə layihəsində fələstinli didərginlərin qayıdışı barədə nəsə deyilmir, fələstinli didərginlər  üçün qayıdış hüququ nəzərdə tutulmur, amma təzminat və dünya birliyinin nəzarəti nəzərdən keçiriləcək.
 
Source : IslamTimes