0
Saturday 18 May 2019 - 17:34

Zərif: “Tramp nə edəcəyini bilmir”

Story Code : 795141
Zərif: “Tramp nə edəcəyini bilmir”

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Zərif Twitter üzərindən verdiyi açıqlamasında, Trampın İran ilə əlaqədar fikirlərini tənqid edib.
 
Zərif “B komanda” olaraq adlandırdığı Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton, İsrail rejiminin baş naziri Benyamin Netanyahu, Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Abu Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayid ilə Trampın fərqli şeylər söylədiyini bildirərək, bunları qeyd edib: “B komanda bir şey söyləyir, Tramp da başqa bir şey. Kimin nə fikirləşdiyi məlum olmadığı ortaya çıxır. Biz min illərdir nə düşünülməli olduğunu bilirik. ABŞ ilə əlaqədar olaraq nə düşünülməsi lazım olduğunu da 1953-cü (Müsəddiqə qarşı ABŞ çevrilişi) ildən etibarən bunu bilirik. İndiki vaxtda bu yaxşı bir inkişafdır”.
 
Comment