QR CodeQR Code

Əsrin Sövdələşməsi: Əsrin Sövdələşməsinin məqsədləri (3)

IslamTimes , 21 May 2019 00:25

İslamTimes: Əsrin Sövdələşməsi (3)


Əsrin Sövdələşməsinin məqsədləri

Əsrin Sövdələşməsi layihəsinin 4 hədəfi var: Qüds üzərində hakimiyyət, İsrailin yəhudi dövləti kimi tanınması, işğal olunmuş ərazilərdə yəhudi qəsəbələrinin rəsmən tanınması, Qəzzənin tərki-silah edilməsi.
 
Əsrin Sövdələşməsinin təfərrüatı

Əsrin Sövdələşməsi ilə bağlı müxtəlif ehtimallar var, ərəb və yəhudi  mediası çeşidli iddialarla çıxış edir. Amma demək olar ki, Əsrin Sövdələşməsinin ən mühüm və rəsmi xırdalıqları Fələstin Azadlıq Təşkilatının icra komitəsinin sədri Saib Əriqat tərəfindən açıqlanıb. Əriqatın iddialarının bəzi yəhudi şəbəkələrinin ifşaları ilə uyğun gəldiyindən bu iddialara istinad etmək olar. Əriqat Əsrin Sövdələşməsində aşağıdakı nöqtələri ifşa edib:
-Qüdsü tam şəkildə sionist rejimin paytaxtı kimi tanımaq
-Yəhudi İsrail dövlətinin yaradılması (hazırda BMT İsraili demokratik ölkə kimi tanıyır)
-Qəzzə və Qərb Sahilinin bir hissəsi daxil olmaqla ordusuz, silahsız Fələstin dövlətinin yaradılması
-Qəzzə ilə Qərb Sahili arasında İsrailin nəzarəti altında olan keçid məntəqəsinin yaradılması
-Qərb Sahilinin daha 10%-nin İsrailə birləşdirilməsi
-Son sərhədlərin dəqiq təyini (Qərb Zolağındakı yəhudi qəsəbələrinə iki dövlətin nəzarəti)
-Fələstin ərazisindən kənarda, Misirin Sina məntəqəsində Fələstin dövlətinin yerləşdirilməsi və bütün Fələstin ərazisinin Yəhudi İsrail dövlətinin ərazisi kimi tanınması
-Fələstinli qaçqınların vətənə qayıdışının qəbul edilməməsi
-Məntəqə suları, hava məkanı, hava rabitə qovşaqları İsrailin nəzarətində olur
 


Story Code: 795395

News Link :
https://www.islamtimes.org/az/news/795395/əsrin-sövdələşməsi-sövdələşməsinin-məqsədləri-3

Islam Times
  https://www.islamtimes.org