QR CodeQR Code

Sudan təyyarələri BMT obyektini bombalayıblar

18 Jun 2011 10:50

IslamTimes - Sudan HHQ-nə məxsus təyyarə ölkənin Cənubi Kordofan əyalətinin inzibati mərkəzi olan Kaduqli şəhərindəki BMT obyektinin yaxınlığına iki bomba atıb.


Milli.Az xəbər portalı APA-ya istinadən bildirir ki, "Antonov" markalı təyyarədən iki bomba BMT obyektindən 500 metr radiusa atılıb. "Son vaxtlar bombardmanların artması bizim buradakı missiyamız üçün təhlükədir", - deyə BMT-nin Sudandakı missiyasının rəsmi nümayəndəsi Kuider Zerruk bildirib.

Cənubi Kordofan əyaləti müstəqilliyini elan etmiş Cənubi Sudanla Şimali Sudanın sərhədində yerləşir.


Story Code: 79540

News Link :
https://www.islamtimes.org/az/news/79540/sudan-təyyarələri-bmt-obyektini-bombalayıblar

Islam Times
  https://www.islamtimes.org