0
Tuesday 21 May 2019 - 02:11

Ənsarullah: “Səudiyyə rejimi və BƏƏ-nin 299 nöqtəsinə hücum olunacaq”

Story Code : 795401
Ənsarullah: “Səudiyyə rejimi və BƏƏ-nin 299 nöqtəsinə hücum olunacaq”
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, bəyanatda Səudiyyə rejimi və BƏƏ-yə və bu ölkələrin Yəməndəki hərbi qərargahları ilə mühüm obyektlərindən ibarət 299 nöqtəyə hücum təşkil olunacağı barədə xəbərdarlıq edilib.
 
Yəmən rəsmisi Səudiyyə rejiminin Aramco neft şirkətinə qarşı edilən sonuncu əməliyyatın bu istiqamətdə reallaşdırıldığını qeyd edib: “Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmən xalqına qarşı işlədəcəyi hər cinayətə cavab verəcəyik. Əgər koalisiya qüvvələri hücumlarını dayandırsa, onda hərbi əməliyyatlar da dayandırılacaq”.
 
Bu arada, Səudiyyə rejiminin 2 neft nasos stansiyasında keçən həftə Ənsarullahın təşkil etdiyi hücumdan əvvəl və sonra çəkilmiş peyk fotoları hücumun verdiyi zərərləri göstərir.
 
 
Peyk görüntülərində hücumda Aramco-ya aid 8 nömrəli neft nasos stansiyasının zərər çəkdiyi görsənir.
 
Hücumdan bir gün sonra çəkildiyi bildirilən fotoları təhlil edən ekspertlər, stansiyada sızıntının hələ də davam etdiyini və sızan neftin təqribən min metrlik əraziyə yayıldığını qeyd edilər.
 
Peyk görüntülərinə əsasən, Ənsarullahın 7 PUA ilə həyata keçirdiklərini söylədikləri hücum ümumi uzunluğu 115 min metr olan 8 nömrəli neft nasos stansiyasının sadəcə 11 kvadratmetrlik ərazisini hədəfə alıb.
Source : Deyerler
Comment