0
Monday 27 May 2019 - 03:03

"Atamı qan qusana qədər döyüblər, biləklərini kəsiblər"-GƏNCƏ İŞİ

Story Code : 796448
"Atamı qan qusana qədər döyüblər, biləklərini kəsiblər"-GƏNCƏ İŞİ
1968-ci il təvəllüdlü, Samux Rayonu Ziyadlı kənd sakini Bayramov Rauf Fazil oğlu 2018-ci il iyul ayının 23-də saxlanılıb. Onu və oğlu Hüseyn Bayramovu iyulun 10-da Gəncə İcra Hakimiyyətinin qarşısında baş verən aksiyalarla bağlı həbs ediblər. 
Övladının vetenugrunda.az-a verdiyi xəbərə görə, onu Gəncə şəhərindəki Nizami Rayon Polis İdarəsində saxlayıblar: "Atama çox ağır işgəncələr veriblər. Atam qan qusdurana qədər döyüblər. Əllərini, bədənini "toka" veriblər, barmaqlarını məngənənin arasında sıxıblar. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Orxan Babayev atama etmədiyi işləri etiraf etdirmək, özlərinin yazdıqları ifadələrə imza atdırmaq üçün ağlasığmaz işgəncələr verdirib. Atama elə işgəncələr, elə təhdidlər, təhqirlər olub ki, hətta biləklərini kəsiblər. Atam qanlar içində imza atıb bütün ifadələrə. Atam 21 maddə ilə ittiham edilir."

Müstəntiq Orxan Babayev
Qeyd edək ki, Rauf Bayrmovun oğlu 1997-ci il təvəllüdlü Hüseyn Bayramov da şərlənərək həbs edilib: "Qardaşım Hüseyn sentyabrın 1-də saxlanılıb. Qardaşıma atamdan daha betər işgəncələr verilib. Müstəntiq Orxan Babayev qardaşımı hədələyib deyib ki, "əgər ifadəyə qol çəkməsən səni pəncərədən atacam yerə, öldürəcəm, deyəcəm intihar etdi". Qardaşımı dubinka ilə o qədər döyüblər ki bütün bədənində dərin yaralar əmələ gəlib".
Bayramovların yaxınları deyir ki, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqovun ata və oğula qarşı daha dəhşətli davranışı ilə yadda qalıb.

Polis rəisi Ədalət Sadıqov
Rauf Bayramovun yaxınları deyir ki, onu Gəncədən Bakıya, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("bandotdel") gətiriblər. Bu idarədə işgəncələr davam edib.
Fevralın 28-də Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədrliyi ilə başlayan proses davam edir.

Rauf Babayev

Hüseyn Bayramov
 
Bayramov Hüseyn Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 (120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;), 120.2.3 (120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə),120.2.10 (120.2.10. təkrar adam öldürmə), 29, 120.2.11 (120.2.11. quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə;), 29, 120.2.1, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.3, 228.4, 234.4.1, 234.4.3, 277, 278.2, 279.1-1, 281.2, 315.2-ci maddələri ilə, atası Bayramov Rauf isə 120.2.10, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 234.4.1, 234.4.3, 277, 278.2, 279.1-1, 281.2, 315.2-ci maddələri ilə ittiham edilib.  
Növbəti məhkəmə iclası aprelin 4-nə təyin edilib.
YADDAŞ
2018-ci il iyulun 10-da Gəncədə İcra Hakimiyyətinin önündə baş verən olaylarla bağlı 200-ə yaxın insan həbs edilib. Onlardan bəziləri 30 sutka inzibati cəza ilə cəzalandırılıb. Lakin adının çəkilməsini istəməyən bu adamlar hətta 30 sutka ərzində hər gün dəhşətli işgəncələrə məruz qaldıqlarını bildirir. Onlar təqdim edilən ifadəyə imza atmaları üçün döyülüblər. İfadəyə imza atdıqdan sonra isə 30 sutkalıq cəzalarını çəkiblər.
Amma 76 nəfərə yaxın şəxs məhkəmə qarşısına çıxarılıb. 76 nəfərin məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsində və Sabunçu Rayon Məhkəməsində aparılır.
Sabunçu Rayon Məhkəməsində 3 qrupa hökm oxunub.
Hazırda məhkəmədə digər qrupların işinə baxılır.
Source : vetenugrunda.az
Comment