0
Friday 31 May 2019 - 21:24

Bakıda İsrail səfirliyi qarşısında etiraz aksiyası

Story Code : 797302
Bakıda İsrail səfirliyi qarşısında etiraz aksiyası

Cümə günü İslam Partiyasının 20-yə yaxın fəalı İsrailin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. İştirakçılar "Məhv olsun ABŞ və İsrail!", "Qarabağa azadlıq!", "Qüdsə azadlıq!" şüarları səsləndiriblər.
Hadisə yerinə gələn polis qüvvələri aksiyanın keçirilməsinə imkan verməyib.
Aksiya iştirakçıları bildiriblər ki, bir neçə nəfər saxlanılıb və Yasamal rayonu 27-ci polis bölməsinə aparılıb.
Amma polis idarəsindən Turan.az-a bildiriblər ki, 27-ci bölməyə aksiya iştirakçıları gətirilməyib.
 
Source : İslamazeri
Tagged
qüds bakı
Comment