0
Saturday 1 June 2019 - 00:11

İranın 950 şəhərində Beynəlxalq Qüds günü nümayişləri

Story Code : 797324
İranın 950 şəhərində Beynəlxalq Qüds günü nümayişləri

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, artıq Tehran küçələrində rəsmi olaraq başlayan Beynəlxalq Qüds günü nümayişlərinə qatılan İran millətinin ayrı-ayrı təbəqələri işğalçı sionist İsrail rejimi, ABŞ və Böyük Britaniyaya qarşı şüar səsləndirməyə başlayıblar.
 
Böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Məkarim Şirazi ilə yanaşı, Ayətullah Nuri Həmədani, Ayətullah Sübhani və Ayətullah Ələvi Qorqani, İran xalqına Qüds günü yürüşlərinə iştirak etmələri üçün müraciət edib.
İranın Xübrəqan Ekspertlər Məclisinin sədri Ayətullah Əhməd Cənnəti, prezident Həsən Ruhani, parlamentin sədri Əli Laricani, xarici işlər naziri Məhəmməd Cavad Zərif, İranın Siyasi Məsləhət Şurasının katibi Möhsün Rizai və digər dövlət və ordu rəsmiləri İran xalqı ilə birlikdə keçirilən yürüşlərə qatılıblar.
 
Qüds günü tədbirləri on milyonlarla iranlının iştirakı ilə ölkənin 950 şəhərində keçirilməkdədir
 
Source : Deyerler
Tagged
qüds
Comment